"Azərbaycan İdman Rəqsləri Federasiyası" İctimai Birliyinin Ümumi Yığıncağı 18 mart 2026-cı il tarixində keçirilib.
Milli.Az xəbər verir ki, Azərbaycan İdman Rəqsləri Federasiyasının fəaliyyətinin daha da təkmilləşdirilməsi, ölkəmizdə rəqs idmanının yeni inkişaf mərhələsinə keçidi və beynəlxalq arenada mövqeyinin gücləndirilməsi məqsədilə keçirilən növbədənkənar iclasda federasiya rəhbərliyində mühüm dəyişikliklər edilib.
Səsvermənin nəticələrinə əsasən, Ali Həşimli Muxtar oğlu Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib.
İclasda Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov iştirak edib.
Eyni iclasda Eşqin İsmayıllı və Etibar Məmmədov vitse-prezident vəzifələrinə seçiliblər.
Milli.Az