39 yaşlı qadın dəm qazından öldü

18 Mart 2026 18:47

Sumqayıt 39 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.

Milli.Az verir ki, hadisə şəhərin Sülh prospekti ərazisində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Xəyalə Əzizbəy qızı Kərimova evdə dəm qazının sızması nəticəsində zəhərlənərək həyatını itirib.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Milli.Az