Kərə yağı istehsalı ilə bağlı qalmaqallı görüntülər - VİDEO

18 Mart 2026 18:34

Antisanitar şəraitdə hazırlanan kərə yağının görüntüləri insanların narahatlığına səbəb olub.

Milli.Az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkədə paylaşılıb.

İddialara görə, kadrlarda "Tulçinka" markalı kərə yağının istehsal prosesi əks olunub. Görüntülərdə məhsulun gigiyenik normalara uyğun olmayan şəraitdə hazırlandığı iddia edilir.

Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, məsələ araşdırılır.

"Sosial şəbəkədə yayılan görüntülərdən məlumatlıyıq. Məsələ araşdırılır. Qida sahəsində hər hansı uyğunsuzluq olarsa, istehlakçılar, o cümlədən sosial şəbəkə izləyiciləri konkret faktlarla "E-Qidam" mobil tətbiqi ilə və ya "1003-Çağrı Mərkəzi"nə zəng vuraraq müraciət edə bilərlər", - deyə məlumatda bildirilir.

Milli.Az