Faiq Balabəyli sədr təyin olundu

18 Mart 2026 17:25

Azərbaycan Yazıçılar Birliyinin Həmkarlar İttifaqına yeni sədr seçilib.

Bu barədə Milli.Az-a  AYB-dən məlumat verilib.

Belə ki, uzun müddət bu ittifaqa rəhbərlik edən tanınmış şair Firuzə Məmmədli ərizə yazaraq, istefa verib.

İclas zamanı onun yerinə tanınmış şair Faiq Balabəylinin namizədliyi irəli sürülüb.

Təklif səsverməyə qoyularaq qəbul edilib.

Milli.Az