"Qalatasaray"ın "Liverpul"la oyunu bu kanalda yayımlanacaq

18 Mart 2026 19:58

Bu axşam UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin son oyunları keçiriləcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, gecənin ilk qarşılaşmasında "Barselona" İspaniyada İngiltərənin "Nyukasl Yunayted" klubunu qəbul edəcək.

İzləyicilər "Barselona" - "Nyukasl Yunayted" oyununu İctimai TV-də izləyə biləcəklər.

Günün digər əsas qarşılaşmasında isə "Liverpul" "Qalatasaray" ilə üz-üzə gələcək. "Liverpul" - "Qalatasaray" oyunu "CBC Sport" TV-də yayımlanacaq.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi

18 mart

Saat 21:45, "Barselona" - "Nyukasl Yunayted" (ilk oyun 1:1) (İctimai TV).

19 mart

Saat 00:00, "Liverpul" - "Qalatasaray" (ilk oyun 0:1) ("CBC Sport" TV).

Milli.Az