İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və oğlu İsrailin Tehrana hava hücumları zamanı öldürüldükləri yerin görüntüləri yayılıb.
Milli.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Görüntülərdən raketin düşdüyü ərazinin dağıldığını görmək mümkündür.
Hücum zamanı Laricaninin köməkçi və cangüdənlərinin də öldürüldüyü bildirilir.
Xatırladaq ki, fevralın 28-dən etibarən İsrail Müdafiə Qüvvələri İrana qabaqlayıcı zərbə endirməyə başlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. Martın 1-də isə İranın Ali Lideri Əli Xamenei və onlarla yüksək rütbəli şəxs hücumlar zamanı ölüb.İran da öz növbəsində həm İsrailə həm də ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib.
Milli.Az