Tehranda Əli Laricani ilə vida mərasimi keçirilib - VİDEO

18 Mart 2026 18:00

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə vida mərasimi keçirilir.

Milli.Az- ın Mehr agentliyinə istinadən verdiyi məlumata görə, Laricani və Bəsic komandiri Qulamrza Süleymaninin vida mərasimi Tehranın İnqlab meydanında keçirilir.

İran hakimiyyəti bir müddət əvvəl İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ABŞ və İsrailin zərbələri nəticəsində öldürüldüyünü təsdiqləyib .

Xatırladaq ki, fevralın 28-dən etibarən İsrail Müdafiə Qüvvələri İrana qabaqlayıcı zərbə endirməyə başlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. Martın 1-də isə İranın Ali Lideri Əli Xamenei və onlarla yüksək rütbəli şəxs hücumlar zamanı ölüb.İran da öz növbəsində həm İsrailə həm də ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib.

Milli.Az