Əməkdar artist: "Ərimin mağazaları var, 10 manatı 100 manatımdan BƏRƏKƏTLİDİR”

19 Mart 2026 11:00

Əməkdar artist Elnarə Abdullayeva şəxsi həyatı ilə bağlı açıqlaması ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, sənətçi həyat yoldaşı ilə münasibətlərindən danışaraq maraqlı fikirlər səsləndirib. O, bildirib ki, qazanc baxımından ailədə daha çox gəlir əldə etsə də, həyat yoldaşının qazandığı pulun bərəkətinə daha çox inanır: "Həyat yoldaşımdan çox qazanıram. Amma onun 10 manatı mənim 100 manatımdan daha bərəkətlidir".

İfaçı qeyd edib ki, həyat yoldaşı ailə biznesi ilə məşğuldur və geyim mağazaları fəaliyyət göstərir. Onun sözlərinə görə, hər kəsin qazancı fərqlidir və bunu müqayisə etmək doğru deyil:

"Yazıq kişilərin hamısı müğənni kimi pul qazana bilmir ki. Nə qazanırsa, mənim üçün kifayətdir. Ayda ondan 10 min pul istəyə bilmərəm".

Sənətçinin bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər onun yanaşmasını dəstəkləsə də, digərləri mövzuya fərqli yanaşıb.

Musa
Milli.Az