“Süzəninin yaranışı. Bir tikmə ustasının hekayəsi” sərgisi çərçivəsində “yurma” tikmə texnikası üzrə ustad dərsi keçirilib - FOTO

18 Mart 2026 14:58

Azərbaycan Milli İncəsənət Muzeyində "Süzəninin yaranışı. Bir tikmə ustasının hekayəsi" sərgisi çərçivəsində "yurma" tikmə texnikası üzrə ustad dərsi keçirilib.

Tədbir zamanı özbək tikmə sənətinin tanınmış nümayəndəsi Mədinə Kasımbayeva tərəfindən bu qədim tikmə texnikasının tarixi, əsas texnoloji xüsusiyyətləri, ornamentlərin işlənmə prinsipləri və icra üsulları haqqında məlumat verilib.

Ustad dərsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, qonaqlar ənənəvi tikmə sənətinin incəlikləri ilə yaxından tanış olmaq və bu sənətin zəngin irsini daha dərindən dərk etmək imkanı əldə ediblər.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az