Şimali Koreya lideri Kim Çen In yeni hərbi texnologiya nümayişində iştirak edib.
Milli.Az xəbər verir ki, məlumata görə, o, 5 min ton ağırlığında yeni döyüş gəmisindən strateji qanadlı raketlərin buraxılışını izləyib. Tədbir ölkənin hərbi potensialının nümayişi və strateji gücünü göstərmək məqsədilə təşkil olunub.
Ekspertlər bu hərbi sınağın regiondakı geosiyasi vəziyyətə təsirini diqqətlə izləyirlər.
Görüntülər sosial mediada da yayımlanaraq beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib.
Hüseyn
Milli.Az