Aparıcı Vüsalə Əlizadə sosial mediada paylaşımı ilə diqqət çəkib.
Milli.Az-ın məlumatına görə, o, atasının və qardaşının məzarını ziyarət etdiyi anlardan fotolar yayımlayıb. Paylaşıma təsirli bir şərh də əlavə edən Əlizadə bunları qeyd edib:
"Canımın yarısı torpaqdadır. İki dağım. Allah rəhmət eləsin. İkiniz də məni tək qoydunuz. Bu gün bayramlaşma və hesabat günüm idi".
Qeyd edək ki, Vüsalənin qardaşı Əlihüseyn Əlizadə Rafail oğlu 2021-ci ildə yol qəzasında həyatını itirib. O, Dövlət Sərhəd Xidmətində zabit kimi çalışırdı.
Hüseyn
Milli.Az