Müğam ifaçısı Kamilə Nəbiyeva sosial şəbəkədə ailəsi ilə bağlı paylaşım edib.
Milli.Az xəbər verir ki, sənətçi həyat yoldaşı Pərvin Fətəliyev və oğlu Metexanla çəkilmiş fotolarını izləyicilərlə bölüşüb. İlk dəfə övladı ilə bağlı paylaşım edən Kamilə, oğlunun üzünü gizlədərək fotonu yayımlayıb.
Şəkillərdə Kamilə ailəsinə olan sevgisini ifadə edərək belə yazıb:
"Bayramınız mübarək, əzizlərim. Bu bahar bütün evlərə xoşbəxtlik və bol ruzi-bərəkət gətirsin, qəlblərimiz sevgi ilə dolub daşsın! Bizim bayramımız, Novruzumuz, sevincimiz, hər şeyimiz, dünya içində dünyamız, Metexan hər birinizi təbrik edir!".
Qeyd edək ki, Kamilə Nəbiyeva ötən il prodüser Pərvin Fətəliyevlə ailə həyatı qurub və hazırda xoşbəxt ailə həyatı yaşayır.
Hüseyn
Milli.Az