İtaliyada Azərbaycan tələbələrinin nümayiş etdirdiyi rəqs maraq doğurub.
Milli.Az xəbər verir ki, məlumata görə, azərbaycanlı tələbələr Yaşa Azərbaycan mahnısına rəqs edərək həm milli ruhu, həm də ölkələrinin mədəniyyətini nümayiş etdiriblər. Rəqs performansı yalnız yerli icma tərəfindən deyil, xarici vətəndaşlar arasında da böyük maraqla qarşılanıb.
Tələbələrin enerjili və ritmik çıxışı sosial mediada da paylaşılıb və izləyicilər tərəfindən yüksək qiymətləndirilib. Görüntü göstərdi ki, milli musiqi və rəqslər sərhədləri aşaraq müxtəlif mədəniyyətlər arasında əlaqə yarada bilir.
Musa
Milli.Az