Zaurun efirinin yerinə bu veriliş YAYIMLANDI

18 Mart 2026 13:16

ATV-də yayımlanan  "Rəngarəng" verilişi bu gündən efirə getmir. aparıcı Zaur Nəbioğlunun verilişi bu səhər efirə çıxmayıb.

Milli.Az-ın məlumatına görə, sözügedən proqramın yerinə "Xəbərin olsun" səhər verilişi yayımlanıb.

Bildirək ki, ATV-nin "Bizimləsən", ARB-də yayımlanan "Səni Axtarıram" və "Həmin Zaur" verilişlərinin də yayımının dayandırılmasına qərar verilib. 

Milli.Az