Qazaxıstan neftinin Azərbaycan üzərindən tranziti layihəsi çərçivəsində indiyədək ümumi daşımaların 2 085 729.243 tonu AZCON Holding şirkətlərindən olan ASCO-nun tanker donanmasına məxsus gəmilərlə həyata keçirilib.
Milli.Az xəbər verir ki, bu həcmin 1 962 983.243 tonu "Tengiz", 122 746 tonu isə "Kaşağan" yatağından olan neftin payına düşür.
Layihə çərçivəsində son daşımalardan biri 12 mart 2026-cı ildə ASCO-ya məxsus "Prezident Heydər Əliyev" tankeri tərəfindən yerinə yetirilib. Həmin gün tanker Aktau limanından 9 326 ton həcmində "Tengiz" yatağına aid xam nefti "Azərtrans" Səngəçal istiqamətində uğurla daşıyıb.
Qeyd edək ki, "Tengiz" neftinin ilk partiyası 23 mart 2023-cü ildə, "Kaşağan" neftinin ilk partiyası isə 27 yanvar 2025-ci ildə Aktau limanından Bakıya çatdırılıb. Aktau limanından Səngəçal terminalına tədarük edilən Qazaxıstan nefti sonradan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə Ceyhan limanına nəql edilir, oradan dünya bazarlarına göndərilir.
Milli.Az