Ötən gün Cəlilabadda ölümlə nəticələnən yol qəzası baş verib.
Milli.Az xəbər verir ki, 31 yaşlı Əliyev Səbran Əskər oğlunun idarə etdiyi "Kia Rio" markalı avtomobil qarşı zolaqda hərəkət edən həmyaşıdı Quliyev Kamran Seymur oğlunun sürdüyü "Changan A06" markalı maşınla toqquşub.
Hadisə nəticəsində "Changan A06"da sərnişin qismində əyləşən 35 yaşlı Bəşirov Xəyal Yadulla oğlu müxtəlif bədən xəsarətləri alıb. O yerləşdirildiyi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.
Faktla bağlı cinayət işi başlanılıb.
Milli.Az