Həbsdə olsa da, gəlir əldə etməyə davam edir. Sosial media fenomeni Simge Barankoğlunun aylıq qazancı diqqət çəkib.
Milli.Az xəbər verir ki, Türkiyə mediasının yaydığı məlumata görə, narkotik və fahişəliyə şərait yaratma ittihamları ilə başladılan istintaq çərçivəsində saxlanılaraq həbs olunan fenomenin rəqəmsal platformalardan gəlirləri davam edir. Bildirilir ki, Barankoğlu hazırda aylıq təxminən 1,3 milyon TL (71 min 500 manat) gəlir əldə edir.
Xəbərlərə əsasən, sosial media fenomenlərinə qarşı ötən ay keçirilən əməliyyat zamanı saxlanılan Barankoğlunun həbsdən sonra izləyici və abunəçi sayında azalma qeydə alınsa da, onun hələ də təxminən 40 min abunəçisi mövcuddur.
Məlumata görə, o, həbs olunmazdan əvvəl aylıq təxminən 5 milyon TL qazanırdı. Lakin abunəçi sayının azalması ilə gəlirləri də aşağı düşüb. Buna baxmayaraq, fenomen hələ də milyonlarla gəlir əldə etməyə davam edir.
Qeyd edək ki, ötən ilin fevral ayında sosial media fenomenlərinə qarşı növbəti əməliyyat həyata keçirilib. İstanbul Cumhuriyet Başsavcılığı tərəfindən aparılan istintaq çərçivəsində 6 nəfər barəsində saxlanılma qərarı verilib və bu şəxslər daha sonra məhkəmə qərarı ilə həbs olunublar.
Şübhəlilərə qarşı "istifadə məqsədilə narkotik və ya psixotrop maddə əldə etmə, saxlama və istifadə etmə", "fahişəlik üçün şərait yaratma", həmçinin "narkotik maddə istifadəsini təşviq etmə və asanlaşdırma" kimi ittihamlar irəli sürülüb.
Məlumat üçün bildirək ki, Instagram platformasında abunəlik sistemi kontent istehsalçılarına izləyicilər üçün xüsusi məzmun (hekayə, canlı yayım, paylaşım və Reels videoları) təqdim etməklə aylıq sabit gəlir əldə etməyə imkan yaradır.
Musa
Milli.Az