Afrika futbolunda qalmaqallı qərar verilib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, "Afrika Futbol Konfederasiyası" Afrika Millətlər Kubokunun finalı ilə bağlı yekun qərarını açıqlayıb. Qərara əsasən, Seneqal milli futbol komandası texniki məğlub sayılıb və çempionluq əlindən alınıb.
Bildirilib ki, buna səbəb final qarşılaşması zamanı baş verən qalmaqallı hadisələrdir. Oyunda seneqallıların baş məşqçisi Pap Tiaunun rəhbərliyi ilə komandanın bir müddət meydanı tərk etməsi intizam pozuntusu kimi qiymətləndirilib.
Qarşılaşma zamanı İsmailla Sarrın vurduğu qol mübahisəli vəziyyətə görə ləğv olunub. Ardınca VAR sisteminin müdaxiləsi ilə Mərakeş milli futbol komandasınin xeyrinə penalti təyin edilməsi Seneqal futbolçularının ciddi etirazına səbəb olub.
Məhz bu hadisələrdən sonra Mərakeş tərəfi CAF-a rəsmi şikayət ünvanlayıb. CAF Apellyasiya Şurası məsələni araşdıraraq baş verənləri mənfi hal kimi dəyərləndirib.
Qərara görə, Seneqalın turnirdə qazandığı çempionluq ləğv edilib və kubok Mərakeş milli futbol komandasınə verilməsi qərara alınıb.
Hüseyn
Milli.Az