Pep Qvardiola baş məşqçi kimi Çempionlar Liqasında ən çox oyun keçirənlər arasında ikinci yerə çıxıb.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "Mançester Siti"nin "Real Madrid"ə qarşı cavab oyunu ispaniyalı mütəxəssisin yarışda 191-ci matçı olub.
"Mançester Yuneyted"in əfsanəvi məşqçisi Ser Aleks Ferqyusonun aktivində 190 oyun var.
Yalnız bir məşqçi - Karlo Ançelotti - onlardan daha çox oyun keçirib - 218.
Milli.Az