"Yeraltı"nda yeni sima - FOTO

17 Mart 2026 23:25

"Yeraltı" serialına yeni aktyor Orhan Becerir daxil olub.

Milli.Az xəbər verir ki, daha əvvəl "Tek Yürek" və "Kirli Sepeti" kimi layihələrdəki performansı ilə diqqət çəkən Orhan Becerir seriala Kaan obrazı ilə daxil olur. Kaan serialın əsas simalarından olan İsmailin oğlu kimi qarşımıza çıxacaq.

Kaanın gəlişi ilə İsmailin keçmişi və ailə bağları daha dərindən araşdırılacaq. Onun atası ilə münasibətləri və yeraltı dünyasının qaranlıq atmosferinə necə uyğunlaşacağı növbəti bölümlərin əsas maraq mövzularından biridir.

Lalə Qüdrətova
Milli.Az