Məlum olduğu kimi, DTX Prezidentin ailəsini şantaj edən F.S-ni saxlayıb.
Milli.Az İTV-yə istinadən xəbər verir ki, saxlanılan şəxsin telefonunda şantaj məlumatlarını ona ötürən Zəki Səlimovun səs yazısı aşkar olunub.
Səs yazısında Zəki Səlimov iddia edir ki, "yuxarıdan" onlara və Mehman Hüseynova göstəriş verilib ki, görüntüləri sistemi dəyişmək üçün müəyyən həddə qədər paylaşsınlar. Onlar bu cizgini əsla keçməməlidirlər. Əks halda vəziyyət onların əleyhinə işləyə bilər. "Sən özün yaxşı bilirsən ki, aparılan oyunlarda kimə hansı rol verilib və kimə hara qədər getməyə icazə verilib. Bu çox geniş, dərin söhbətdir. Yuxarıdan düymə basılıb ki, bu rejim dəyişilməlidir. Böyük siyasətin içində oyun qurmağı bacarmalıyıq." deyə səs yazısında bildirilir.
Daha ətraflı reportajda:
Milli.Az