ABŞ Prezidenti Donald Tramp İranla müharibədə qələbə qazandığını elan edib.
Milli.Az xəbər verir ki, "Onlara qarşı ədalətsizlikdir. Biz artıq qalib gəlmişik! Onların etdiklərini davam etdirməyə haqqı yoxdur!", - Ağ Ev rəhbəri bildirib.
Trampın fikrincə, İran "qalibə" təslim olmaq əvəzinə "istədiyini etməyə" davam edir.
Qeyd edək ki, bundan əvvəl İran qüvvələrinin Hörmüz boğazında bir gəmiyə zərbə endirdiyi bildirilirdi.
Milli.Az