Sabirabadda mikroavtobusun iştirakı ilə avtomobil qəzası baş verib, 7 nəfər xəsarət alıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Dadaşbəyli kəndində baş verib.
Belə ki, FORD markalı mikroavtobusla "Ateko" markalı avtomobilin toqquşması nəticəsində 7 nəfər xəsarət alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəza səbəbindən Şirvan-Sabirabad yolunda 40 dəqiqə ərzində böyük tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır.
--------
Sabirabadda mikroavtobusun iştirakı ilə yol qəzası baş verib.
Milli.Az-ın məlumatına görə, hadisə Sabirabad rayonunun Dadaşbəyli kəndində qeydə alınıb.
Mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az