Çinli aktrisa Zhang Jingyiin istifadə etdiyi çanta sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, məlumata görə, aktrisanın üzərində olan çanta məşhur "Balenciaga" brendinə məxsusdur. Lakin aksesuarın görünüşü bir çox istifadəçi tərəfindən zibil paketinə bənzədilib.
Ən çox diqqət çəkən məqam isə çantanın qiyməti olub. Belə ki, sözügedən məhsulun dəyərinin 1790 dollar olduğu bildirilir.
Sosial şəbəkə istifadəçiləri bu qiyməti və dizaynı müzakirə edərək müxtəlif fikirlər səsləndiriblər. Bəziləri çantanı qeyri-adi və maraqlı hesab etsə də, digərləri onun qiymətinin həddindən artıq yüksək olduğunu düşünür.
Musa
Milli.Az