Ağdərə, Xocavənd və Cəbrayılın kəndlərinə növbəti köç olub - FOTO - YENİLƏNİB

17 Mart 2026 15:50

Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar, Həsənriz kəndlərinə, Xocavənd rayonunun Xocavənd kəndinə, həmçinin Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç porsesi olub.

Milli.Az xəbər verir ki, bu mərhələdə Ağdərə rayonunun Çıldıran kəndinə 3 ailə - 13 nəfər, Aşağı Oratağ kəndinə 21 ailə - 108 nəfər, Heyvalı kəndinə 7 ailə - 34 nəfər, Çapar kəndinə 4 ailə - 17 nəfər, Həsənriz kəndinə 6 ailə - 29 nəfər, Xocavənd rayonunun Xocavənd kəndinə 11 ailə - 36 nəfər, həmçinin Cəbrayıl rayonunun Horovlu kəndinə 30 ailə - 131 nəfər köçürülüb.

Doğma yurda çatan ailələrə evlərinin açarları təqdim olunub.

Yeni köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Milli.Az

___________

Saat - 15:10

Cəbrayıl rayonunun Horovlu kəndinə köçürülən daha 30 ailəyə mənzillərin açarları təqdim olunub.

Milli.Az xəbər verir ki, bu mərhələdə Horovluya 131 nəfərdən ibarət 30 ailə qayıdıb.

Milli.Az

___________

Saat - 13:57

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Milli.Az xəbər verir ki, növbəti köç karvanı Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar, Xocavənd rayonunun Xocavənd, həmçinin Cəbrayıl rayonunun Horovlu kəndlərinə çatıb.

Bu mərhələdə Ağdərə rayonunun Çıldıran kəndinə 3 ailə (13 nəfər), Aşağı Oratağ kəndinə 21 ailə (108 nəfər), Heyvalı kəndinə 7 ailə (34 nəfər), Çapar kəndinə 4 ailə (17 nəfər), Həsənriz kəndinə 6 ailə (29 nəfər), Xocavənd rayonunun Xocavənd kəndinə 11 ailə (36 nəfər), həmçinin Cəbrayıl rayonunun Horovlu kəndinə 30 ailə (131 nəfər) köçürülüb.

Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Milli.Az