ABŞ Prezidenti Donald Tramp Çin tərəfindən onun Pekinə səfərini təxminən bir ay müddətinə təxirə salmasını istəyib.
Milli.Az xəbər verir ki, bu barədə məlumatı ABŞ lideri jurnalistlərin suallarını cavablandırarkən özü açıqlayıb.
"Müharibəyə görə burada olmaq istəyirəm. Hiss edirəm ki, burada olmalıyam. Ona görə də səfərin təxminən bir ay təxirə salınmasını xahiş etdik", - o qeyd edib.
Bununla yanaşı, Tramp Çin ilə çox yaxşı münasibətlərinin olduğunu və bu səfəri səbirsizliklə gözlədiyini sözlərinə əlavə edib.
Milli.Az