Nigeriyanın şimal-şərqində güclü partlayışlar baş verib.
Milli.Az xəbər verir ki, törədilən partlayışlar nəticəsində 23 nəfər həlak olub, 108 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bu barədə Borno ştatının hüquq-mühafizə orqanlarının "X" hesabında paylaşım edilib.
Bildirilib ki, partlayışlar terrorçular tərəfindən həyata keçirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Nigeriya illərdir ki, müxtəlif silahlı qrupların, xüsusən də ölkənin şimal hissəsindəki mürəkkəb təhlükəsizlik böhranı ilə mübarizə aparır.
Milli.Az