Oskar gecəsinin ən çox danışılan simalarından biri olan Maykl B. Cordan mükafatlandırma mərasimindən sonra etdiyi hərəkətlə diqqət çəkib. "Sinners" filmindəki roluna görə 98-ci Akademiya Mükafatlarında "Ən yaxşı kişi aktyoru" nominasiyasında Oskar qazanan Cordan mərasimdən sonra Los-Ancelesdəki bir burger restoranına gedərək pərəstişkarları və işçilərlə görüşüb. Aktyorun əlində Oskar heykəlciyi ilə sifariş verdiyi anlar qısa müddətdə sosial mediada gündəm olub.
Milli.Az xəbər verir ki, aktyor Oskar heykəlciyini əlindən yerə qoymadan Los-Ancelesdəki hamburger restoranında sifariş verib.
Mərasimdən dərhal sonra restorana yollanan Cordanın əlində Oskar heykəlciyi ilə burger sifariş verməsi böyük marağa səbəb olub. Restorandakı müştərilər və işçilər aktyorla foto çəkdirmək üçün növbəyə durub.
Restoran personalı ilə səmimi söhbət edən və pərəstişkarları ilə şəkil çəkdirən məşhur aktyorun mükafatını piştaxtanın üzərinə qoyması da diqqətdən qaçmayıb. Cordanın bu sadə və səmimi davranışı sosial media istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb.
Oskar gecələri adətən dəbdəbəli partilərlə qeyd edilsə də, Maykl B. Cordanın qələbəsini bu qədər sadə şəkildə qeyd etməsi bir çox istifadəçi tərəfindən "Oskardan sonrakı ən səmimi qeyd etmə" kimi qiymətləndirilib.
Lalə Qüdrətova
Milli.Az