Xalq artistlərin arxiv FOTOsu müzakirə yaratdı

16 Mart 2026 17:15

Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, aktrisa instaqram hesabında Xalq artisti Mələkxanım Eyubova ilə illər əvvəl çəkilmiş arxiv fotosunu izləyiciləri ilə bölüşüb.

Sənətçi paylaşımında əlavə açıqlama verməyib və yalnız ürək emojisi ilə kifayətlənib. Fotoya qısa zamanda çoxsaylı bəyənmə və şərhlər yazılıb.

Musa
Milli.Az