“Qarabağ”ın ulduz futbolçuları komandanı tərk edir?

16 Mart 2026 16:30

Bu mövsümün sonunda bir neçə futbolçunun "Qarabağ" FK-dan ayrılacağı barədə iddialar yayılıb.

Söhbət qapıçı Mateuş Koxalski, mərkəz müdafiəçiləri Bəhlul Mustafazadə və Sami Mmae, yarımmüdafiəçilər Aleksey Kaşuk və Emmanuel Addai, həmçinin hücumçu Ramil Şeydayevdən gedir.

Milli.Az xəbər verir ki, İdman.Biz "Qarabağ" FK-ya sorğu ünvanlanıb.

Klubdan saytımıza verilən açıqlamada yayılan məlumatların həqiqəti əks etdirmədiyi bildirilib.

"Hazırda komandamızın bütün futbolçuları ilə qüvvədə olan müqavilələr mövcuddur. Hər hansı oyunçu ilə yolların ayrılması baş verərsə, bu barədə ictimaiyyətə rəsmi məlumat veriləcək. Bu mərhələdə isə adı hallanan futbolçuların hamısı komanda ilə birlikdə məşqlərdə iştirak edir və müqavilələri aktivdir", - deyə klubun açıqlamasında qeyd olunub.

Qeyd edək ki, "Qarabağ" FK hazırda turnir cədvəlində 52 xalla ikinci pillədə qərarlaşıb.

Milli.Az