Dünya kino ictimaiyyətinin diqqəti ötən gecə keçirilən "Oskar" mərasiminə yönəlib.
Milli.Az xəbər verir ki, gecədə diqqət mərkəzində olan məşhurlardan biri də məşhur aktyor Leonardo DiKaprio olub. Aktyor bu dəfə yeni görünüşü ilə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Belə ki, DiKaprio mərasimə bığlı imici ilə qatılıb. Onun yeni tərzi internet istifadəçilərinin diqqətindən yayınmayıb və qısa zamanda sosial mediada müzakirə mövzusuna çevrilib.
İzləyicilərin bir qismi aktyorun bu görünüşünü ona yaraşdırdığını qeyd etsə də, digərləri bığların ona uyğun olmadığını düşünərək fərqli rəylər yazıblar. Aktyorun yeni imici sosial platformalarda müxtəlif reaksiyalarla qarşılanıb.
Musa
Milli.Az