67 yaşlı qadın hamamda faciəli şəkildə həyatını itirdi

16 Mart 2026 13:04

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində 67 yaşlı qadın hamamda yıxılaraq ölüb.

Milli.Az xəbər verir ki, Lökbatan qəsəbə sakini, 1959-cu il təvəllüdlü Sevil Babaəli qızı Ağalıyeva yaşadığı evdə hamam otağında yıxılıb.

O, xəstəxanaya aparılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az