Bakıda eşidilən dron səsləri ilə bağlı rəsmi AÇIQLAMA - VİDEO

16 Mart 2026 11:58

Gecə saatlarında Bakıda dron uçması ilə bağlı məlumatlar yayılıb.

Milli.Az xəbər verir ki, dron səsi daha çox Zabrat ərazisində müşahidə edilib və əhali arasında müzakirələrə və panikaya səbəb olub.

Hərbi ekspert Ədalət Verdiyev bu gecə Bakı səmasında müşahidə olunan PUA-ların  Azərbaycana aid olduğunu bildirib.

"Uçuşlar paytaxtın hava məkanına nəzarət və təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyır. Daha əvvəllər də buna bənzər uçuşlar keçirilib. Narahatlıq üçün səbəb yoxdur".

Qeyd edək ki, Müdafiə Nazirliyinindən manset.az-a bildirilib ki, narahatlığa heç bir əsas yoxdur. 

Fidan
Milli.Az