Novruzun ən maraqlı günlərindən biri məhz İlaxır çərşənbəsidir. Həmin gün evlərdə süfrələr açılıb, cürbəcür şirniyyatlar bişirilir.
Bəs bütün bunlar neçəyə başa gəlir?
Milli.Az xəbər verir ki, bayramın simvolu olan səməninin qiyməti 1-25 manat arası dəyişir. Onların qiyməti forma, ölçü və bəzəklərinə görədir. Digər bayram adəti isə yumurta boyamaq və döyüşdürməkdir. Bir yumurta isə 21 qəpikdir. Şirniyyatsız süfrə olmaz düşünsək əgər, bunun üçün istifadə olunan çərəzlərin qiyməti isə keyfiyyətinə görə dəyişir. 6 çeşid çərəz hərəsi 100 qramdan təxmini 8 manat tutur. Süfrəmizin şahi sayılan plov üçün isə düyünün qiyməti 3 manatdır. Bir kilo ətin qiyməti isə 12.5 manatdır. Digər ləziz təamımız olan balığın qiymətləri isə 7-25 manat aralığında dəyişir. Salatlar üçün isə istifadə olunan tərəvəzlərin minumum qiyməti 15 manatdır.
Meyvələr isə fərqli qiymətlərdə təklif olunur. Alma 2, banan 3 , armud 2.50, üzüm 3 manatdır. Bu məhsulları aldıqda isə süfrənin qiyməti 15 manat da artır.
Beləliklə, minimum qiymətlərlə İlaxır çərşənbədə süfrə açmaq üçün təxmini 73 manat lazımdır. Süfrəyə əlavə məhsullar də olarsa, qiymət 150-200 manata qədər çatır.
Aysel
Milli.Az