Dubay hava limanı dron hücumundan sonra fəaliyyətini bərpa edir

16 Mart 2026 11:09

Dubay hava limanında gecə dron hücumundan sonra bəzi aviareyslər bərpa olunur.

Milli.Az xəbər verir ki, bu barədə əmirliyin səlahiyyətli qurumu sosial şəbəkə X səhifəsində məlumat yayıb.

"Mülki Aviasiya İdarəsi ehtiyat tədbiri kimi müvəqqəti dayandırılmış Dubay Beynəlxalq Hava Limanında bəzi istiqamətlər üzrə beynəlxalq reyslərin mərhələli şəkildə bərpa olunduğunu elan edir", - paylaşımda bildirilib.

Ayxan

Milli.Az