2026-cı ilin "Oskar" mükafatı qalibləri bəlli oldu

16 Mart 2026 10:06

ABŞ Kinoakademiyasının "Oskar" mükafatlandırma mərasimi başa çatıb.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, gözlənildiyi kimi, bu ilin favoritləri "Döyüş ardınca döyüş" və "Günahkarlar" olub. 

"Oskar 2026"nın qalibləri

Ən yaxşı film - "Döyüş ardınca döyüş"

Ən yaxşı animasiya filmi - "K-pop iblis ovçuları"

Ən yaxşı rejissor - Pol Tomas Anderson ("Döyüş ardınca döyüş")

Ən yaxşı aktyor - Maykl B.Cordan ("Günahkarlar")

Ən yaxşı aktrisa - Cessi Bakli ("Hamnet")

İkinci planda ən yaxşı qadın rolu - Emi Mədiqan ("Silahlar")

İkinci planda ən yaxşı kişi rolu - Şon Penn ("Döyüş ardınca döyüş")

Ən yaxşı kastinq - "Döyüş ardınca döyüş"

Ən yaxşı orijinal ssenari - "Günahkarlar" (Rayan Kuqler)

Ən yaxşı adaptasiya olunmuş ssenari - "Döyüş ardınca döyüş" (Pol Tomas Anderson)

Ən yaxşı operator işi - "Günahkarlar"

Ən yaxşı vizual effektlər - "Avatar: Alov və kül"

Ən yaxşı səs - "Formula-1"

Ən yaxşı orijinal saundtrek - "Günahkarlar" (Lüdviq Yoransson)

Ən yaxşı mahnı - "Golden" ("K-pop iblis ovçuları")

Ən yaxşı montaj - "Döyüş ardınca döyüş"

Ən yaxşı qrim və saç düzümü - "Frankenşteyn"

Ən yaxşı kostyumlar - "Frankenşteyn"

Ən yaxşı quruluşçu rəssam işi - "Frankenşteyn"

Xarici dildə ən yaxşı film - "Sentimental dəyər" (Norveç)

Ən yaxşı sənədli film - "Cənab Heç Kim Putinə qarşı"

Ən yaxşı bədii qısametrajlı film - "The Singers" və "Two People Exchanging Saliva" (mükafatın bölüşdürüldüyü nadir hal)

Ən yaxşı qısametrajlı animasiya filmi - "Mirvari ağlayan qız"

Ən yaxşı qısametrajlı sənədli film - "Bütün boş otaqlar"

"Fanatların versiyasına görə ən populyar film" və "Fanatların versiyasına görə blokbasterin ən yaxşı səhnəsi" nominasiyalarından tamamilə imtina edilib. Onlar gənc auditoriyanın diqqətini cəlb etmək üçün 2022-ci ildə tətbiq edilmişdi.

Milli.Az