İstanbulun Kağıthane rayonunda moda dizayneri və sosial media fenomeni Ayşegül Eraslanın evində ölü tapılması Türkiyə gündəmini sarsıdıb. Hadisə ilə bağlı aparılan araşdırmalar zamanı evə daxil olan son şəxslərdən birinin gənc aktyor Sunay Kurtuluş olduğu müəyyən edilib.
Milli.Az xəbər verir ki, 13 mart cümə günü Ayşegül Eraslandan xəbər ala bilməyən yaxınları polisə müraciət edib. Evə daxil olan qruplar gənc qadının cansız bədəni ilə qarşılaşıblar.
Hadisə günü evə qısa müddətlik daxil olan aktyor Sunay Kurtuluşun ifadəsi alınıb.
Kurtuluş ifadəsində Ayşegülün ona zarafatla şillə vurduğunu, bundan sonra evdən ayrıldığını bildirib.
Aktyor ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Hazırda "Yeraltı" serialında Adnan Yolcu obrazını canlandıran Sunay Kurtuluş 1 yanvar 1998-ci il, Balıkesirdə dünyaya gəlib.
Lalə Qüdrətova
Milli.Az