Qusarda ağır yol qəzası olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Şirvanlı kəndi ərazisində baş verib.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.
Hadisə zamanı avtomobildə olan 5 nəfər ağır bədən xəsarətləri ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Xəsarət alan şəxslər Sabirabad rayon sakinləri-1980-ci il təvəllüdlü Ə.Soltanov, 1993-cü il təvəllüdlü C.Soltanov, 1999-cu il təvəllüdlü S.Soltanov, 1996-cı il təvəllüdlü P. Soltanov və 1987-ci il təvəllüdlü S.Həsənovdur.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az