Müəllim dəm qazından boğularaq öldü - FOTO

15 Mart 2026 22:40

Quba rayonunda qadın dəm qazından boğularaq ölüb.

Milli.Az-ın məlumatına görə, hadisə rayonunun Xucbala kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin məktəbində müəllim işləyən 44 yaşlı Aytən Baxışova hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Onun 4 uşaq anası olduğu bildirilir.

Faktla bağla araşdırma aparılır.

Milli.Az