İspaniya La Liqasında XXVIII turun oyunları davam edir.
Milli.Az xəbər verir ki, günün ilk matçında "Malyorka" öz meydanında "Espanyol"u qəbul edib.
3 qolun vurulduğu qarşılaşmada ev sahibləri rəqibini 2:1 hesabı ilə məğlub edib.
Lider "Barselona" isə azarkeşləri önündə "Sevilya"nı sınağa çəkib. Kataloniyalılar rəqibinə 5:2 hesabı ilə qalib gəlməyi bacarıb.
Milli.Az