NOW ekranlarında yayımlanan və qısa müddətdə böyük izləyici kütləsi toplayan "Yeraltı" serialının aktyor heyətinə tanınmış sima daxil olub. Uğurlu aktyor Burak Çelik "Medyapım" imzalı layihənin yeni bölümlərində tamaşaçı qarşısına çıxacaq.
Milli.Az xəbər verir ki, gənc və istedadlı aktyorun serialda mühüm bir obraza həyat verəcəyi bildirilir. Burak Çelik ssenariyə daxil olması ilə birlikdə serialdakı gərginliyin və marağın daha da artacağı gözlənilir.
Serialın yeni bölümü gələn həftə yayımlanacaq və Burak Çelikin canlandıracağı obrazın hekayəyə necə təsir edəcəyi bəlli olacaq.
Lalə Qüdrətova
Milli.Az