Кonsert proqramı çərçivəsində "Türk dünyasının musiqi axşamı" adlı tədbir təqdim olundu. Musiqi gecəsində türk dünyasına daxil olan altı ölkənin - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın musiqi və rəqs ənənələri bir səhnədə nümayiş etdirildi.
Konsert proqramında Fikrət Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında müxtəlif xalqların rəqsləri və mahnıları səsləndirildi. Gecədə Azərbaycan, türk, qazax, qırğız, özbək və türkmən folklorunun seçilmiş nümunələri təqdim olundu.
Solistlər xalq artisti Gülyanaq Məmmədova, əməkdar artist Rəşad İlyasov, Gülüstan Əliyeva və Nigar Rzayeva, Ayşən Mehdiyeva, Aliyə Sultan, Nurlana Abdullayeva, Vəfa Vəzirova musiqisevərlər qarşısında çıxış etdilər.
Rəngarəng musiqi nömrələri və milli rəqslərlə zəngin olan proqram tamaşaçılara türk xalqlarının ortaq mədəni köklərini və zəngin musiqi irsini bir daha nümayiş etdirdi. Gecə dinləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılandı.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az