Rüfətin qazandığı məbləğ bəlli oldu

15 Mart 2026 18:25

Meyxanaçı Rüfət Nasosnu "Milyonların şousu"nun iştirakçısı olub.

Milli.Az xəbər verir ki, o, əvvəlki buraxılışda yarımçıq qalan oyununu davam etdirib. 13-cü sualda dayanmaq qərarı verən Rüfət Nasosnu verilişi 8 min manat uduşla tərk edib.

Qeyd edək ki, meyxanaçı martın 7-də yayımlanan buraxılışda 10 suala düzgün cavab verərək 3 min manat qazanmış, lakin vaxtın başa çatması səbəbindən oyun yarımçıq qalmışdı. (Metbuat.az)

Milli.Az