İranın hava məkanı bu tarixədək bağlı qalacaq

15 Mart 2026 17:50

İran hökuməti ölkənin hava məkanında uçuş qadağasını 22 mart tarixinə qədər uzadıb.

Milli.Az xəbər verir ki, İranın hava məkanı 22 mart bazar günü təxminən saat 8:30-a qədər bağlı olacaq.

Məlumata görə, dövlət, hərbi və tibbi təyyarələrin uçuşları, eləcə də mülki aviasiya orqanının ayrıca icazələri əsasında həyata keçirilən axtarış-xilasetmə uçuşları üçün istisnalar ola bilər.

Xatırladaq ki,uçuş qadağası bu gün səhər saatlaırna qədər uzadılmışdı. ABŞ və İsrail hərbi əməliyyat başlatdıqdan sonra İranın hava məkanı 28 fevral səhəri bağlanıb. 

Milli.Az