Yollarda qatı duman olacaq - XƏBƏRDARLIQ

15 Mart 2026 14:45

Azərbaycanın avtomobil yollarında martın 16-da müşahidə ediləcək vəziyyət açıqlanıb.

Bu barədə Milli.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Belə ki, sabah bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Milli.Az