Yarım tondan çox narkotik maddə ələ keçirildi

15 Mart 2026 14:11

Türkiyənin İstanbul şəhərində yarım tondan çox narkotik maddə ələ keçirilib.

Milli.Az xəbər verir ki, bu barədə İstanbul Polis İdarəsi "X"dəki hesabında məlumat yayıb.

"527 kiloqram 475 qram skank maddəsi aşkarlanıb",- məlumatda bildirilib.

İş üzrə 7 şübhəli şəxs saxlanılıb.
 

Milli.Az