Millimiz ABŞ-a qalib gəlib finala yüksəldi

15 Mart 2026 12:50

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda finala yüksəlib.

Milli.Az xəbər verir ki, yarımfinalda ABŞ millisi ilə qarşılaşan komanda 22:20 hesabı ilə qalib gəlib.

Azərbaycan millisi finalda Niderland yığması ilə qarşılaşacaq. Fİnal görüşü Bakı vaxtı ilə saat 14:05-da başlayacaq.

Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.

Milli.Az