Yaşayış evində YANĞIN

15 Mart 2026 08:59

Zaqatalada fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə rayonun Qımır kəndində, kənd sakini 1989-cu il təvəllüdlü Mazanov Xoşbəxt Etibar oğluna məxsus yaşayış evində qeydə alınıb.

Hadisə yerinə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunublar.

Yanğın zamanı ümumi sahəsi 450 kvadratmetr olan 2 mərtəbəli yaşayış evinin dam örtüyünün 225 kvadratmetr hissəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb./Unikal.az

Milli.Az