Neftçalada 38 yaşlı qadın dəm qazından zəhərlənib öldü

14 Mart 2026 22:25

Neftçala rayonunda 38 yaşlı qadın dəm qazından zəhərlənərək həyatını itirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Neftçala rayonunun Qoltuq kəndində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Abbasova Lətafət İnqilab qızı yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az