Türkiyə yeni kamikadze dronunu sınaqdan keçirib

14 Mart 2026 22:10

Dünyanın aparıcı hərbi pilotsuz uçuş aparatları (PUA) ixracatçısı olan Baykar şirkəti öz sinfində ən böyük kamikadze dronu olan K2-ni hazırlayıb, ilk beş prototipi uçuş sınaqlarını uğurla başa vurub.

Milli.Az xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.

Məlumata görə, yeni pilotsuz təyyarənin sınaqları Egey dənizinin şimalındakı Saros körfəzində aparılıb.

Qeyd edilir ki, süni intellektlə təchiz olunmuş yeni PUA digərləri ilə yanaşı, sürü rejimində (hava müdafiəsini dəf etmək üçün eyni vaxtda birdən çox drondan istifadə etmə taktikası) avtonom şəkildə fəaliyyət göstərə bilir.

Kamikadze dronun maksimal uçuş çəkisi 800 kiloqramdır. O, 75 kiloqrama qədər ağırlığında döyüş hissəsini 2 min kilometrdən çox məsafəyə daşıya bilir. Pilotsuz təyyarənin sürəti saatda 200 kilometrdir. Dron azı 13 saat havada qala bilir.

Milli.Az